Mağazadan telefon oğurlayan şəxs saxlanıldı
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə mayın 10-na keçən gecə Ə.Cavad küçəsindəki mağazaların birindən 5 ədəd mobil telefon və 2 ədəd qulaqcığın oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qurbanov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.



