Rusiya Türkiyənin bu təklifini qəbul etmədi

Türkiyə hakimiyyəti Mariupoldakı ukraynalı hərbçilərin “Azovstal” zavodundan Berdyansk limanı vasitəsilə təxliyə olunmasını Rusiyaya təklif edib.

Bu sözləri Krım türklərinin lideri, Ukrayna millət vəkili Mustafa Cəmil deyib.

O bildirib ki, təklifə əsasən təxliyə olunanlar Türkiyəyə gətirilməli və müharibənin bitəcəyi günə kimi bu ölkənin qonağı olmalı idi.

Lakin Rusiya müdafiə naziri Sergey Şoyqu Ankaranın təklifi ilə razılaşmayıb və Mariupolun müdafiəçilərinin təslim olmasını tələb edib.

M.Cəmilin sözlərinə görə, Türkiyə “Azovstal”dakı ukraynalı hərbçilərin həyatının xilas edilməsi üçün danışıqları hələ də davam etdirir.

Hamısını Göstər

Related Articles

Back to top button