“Artıq kulminasiya nöqtəsinə yaxınlaşırıq” – Amerikalı generaldan müharibə ilə bağlı proqnoz

“Artıq kulminasiya nöqtəsinə yaxınlaşırıq”.

Bu qənaəti ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general-leytenant Ben Hoces bildirib. Onun fikrincə, Rusiya ordusu Ukraynaya qarşı müharibədə artıq kulminasiya nöqtəsinə çatıb. Yayın sonuna qədər Ukrayna Silahlı Qüvvələri fevralın 23-dək olan əraziyə qədər rus qoşunlarını geri oturda biləcək.

“Aktiv döyüşlər üçün onların kifayət qədər əsgəri və ya tankı yoxdur, minlərlə yeni canlı qüvvə lazımdır”, – Hoces  deyib.

Eyni zamanda, Ukrayna potensialını artırır. Hoces USQ-dən əks hücum gözlədiyini vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button