Azərbaycanda hansı dərmanın satışına qadağa qoyuldu?
Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olunub.
Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, 028084 seriya ilə buraxılmış son istifadə tarixi 02.2023 olan “Fosfalyugel” ticarət adlı, daxilə qəbul edilən gel (16 q №20 paketlərdə (saşe)) dərman vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı verilib:
“Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız 028084 seriya ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır”.