İsveçrədə ölən şəxslərin orqanları çıxarılacaq
İsveçrə vətəndaşları bazar günü keçirilən referendumda qanunvericiliyə düzəlişləri təsdiqləyiblər.
Yeni qaydalara görə, artıq ölkənin bütün sakinləri transplantasiya üçün potensial orqan donoru hesab olunurlar.
Seçicilərin 60%-dən çoxunun dəstəklədiyi orqan donorluğu ilə bağlı yeni qaydalar ölümdən sonra orqanların götürülməsi üçün xüsusi razılığın tələb olunması prinsipini ləğv edir.
İndi mərhum və ya onun yaxınları donor olmaq üçün deyil, olmamaq üçün xüsusi etiraz sənədi təqdim etməlidirlər.
Qeyd edək ki, “Swisstransplant” ianə fondunun məlumatına görə, 2021-ci ilin sonunda İsveçrədə transplantasiya üçün növbə 1434 nəfərdən ibarət olub. Eyni zamanda, il ərzində 72 xəstə donor orqanlarının çatışmazlığı səbəbindən vaxtında yardım göstərilmədən dünyasını dəyişib.
Yeni qanun məhz orqan çatışmazlığını aradan qaldırmağa yönəlib.