Rusiya Ukraynanın şərqinə nəhəng qüvvə toplayır – Ruslar 3 istiqamətdə irəliləyir

Rusiya Ukraynanın şərqində tammiqyaslı hücuma qüvvələr və avadanlıq yönəltməklə iki şəhərdə Ukrayna əsgərlərini mühasirəyə almağa çalışır. Rəsmi Kiyev taleyini müəyyənləşdirə biləcək “ölüm-dirim savaşına” getməsi haqda xəbərdarlıq edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda vəziyyətin həddən artıq çətin olduğunu deyib.

“Rusiya ordusu əlində qalan bütün qüvvəsini hücuma yönəldib”, – Zelenski mayın 24-də axşam çıxışında söyləyib.

Rusiya qüvvələri Donbasda Ukraynanın nəzarətində olan hissəni şərqdən mühasirəyə almaq üçün üç istiqamətdə irəliləyir. Əsas diqqət Siverski Donets çayının şərq və qərb sahillərində yerləşən Severodonetsk və Lisiçansk şəhərlərinə yönəldilib.

Luqansk vilayətinin qubernatoru Sergey Qayday mayın 25-də deyib ki, ötən gecə Severodonetskin atəşə tutulması nəticəsində altı dinc sakin öldürülüb.

Ukrayna ordusu mayın 24-də Donbasda Rusiyanın doqquz hücumunu dəf etdiyini, regiona Rusiyanın hücumları nəticəsində azı 14 dinc sakinin öldürüldüyünü bildirib.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik mayın 24-də deyib ki, ölkənin şərqində gedən döyüşlər onun gələcəyini müəyyənləşdirə bilər.

“Rusiyanın ölkəmizə qarşı tammiqyaslı təcavüzünün ən aktiv mərhələsini müşahidə edirik. Şərq cəbhəsində vəziyyət həddən artıq çətindir, çünki orada ölkənin taleyi həll olunur”, – Motuzyanik telebrifinqdə deyib.

Hamısını Göstər

Related Articles

Back to top button