Donbasda “DXR” rəhbəri Puşilin və 70-dən çox “kadırovçu” yaralandı
Donbasda Puşilin və 70-dən çox “kadırovçu” yaralanıb.
Çərşənbə günü, iyunun 1-də özünü “DXR”-in “rəhbəri” elan edən Denis Puşilin Limanda yaralanıb. Çeçenistan lideri Ramzan Kadırovun nəzarətində olan 72 silahlı da yaralanıb.
Bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz Telegram kanalında məlumat verib.
“Liman şəhərində (Donetsk vilayəti) artilleriya zərbəsi zamanı 72 “kadırovçu” və işğal olunmuş Limanın təmsil etmək üçün təyin olunmuş Puşilin yaralanıb”, – məlumatda deyilir.
TQ xəbər verir ki, “DXR” lideri Denis Pushilin Azovstal-daKI Ukrayna hərbçiləri üzərində “beynəlxalq tribunal”ın lehinə danışıb.