Putin Bloxin Mərkəzində əməliyyata hazırlanır – İsrailli jurnalist
“Putin Bloxin Mərkəzində əməliyyata hazırlanır”.
Bu barədə israilli jurnalist Mark Kotlyarski məlumat verib. O deyib ki, Putin Mərkəzində əməliyyat olunacaq.
Vladimir Putinə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub və Bloxin adına Milli Onkologiya Tibbi Tədqiqat Mərkəzində təcili əməliyyata hazırlanır. Mark Kotlyarski bu barədə paytaxtın tibb dairələrindən olan həmsöhbətlərinə istinadən məlumat verib. O, məlumat verənlərin etibarlı mənbə olduğunu bildirir.
İndi Putini əməliyyatdan əvvəl müayinə (qarın ponksiyonu) gözləyir.
“Xəstəlik o qədər irəliləyir ki, əməliyyat, əgər ömrü uzadırsa, deməli, uzun sürməyəcək. Mənbələrin dediyinə görə, söhbət maksimum 3-4 aydan gedir”, – deyə jurnalist yazıb.