“Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək” – Ceyhun Bayramov
Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov “Twitter”də yazıb.
“Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib.
Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!”, – deyə nazir qeyd edib.