Ərdoğan Atatürkün məzarı önündə: Boyun əyməyəcəyik!

Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilə iqtisadi, hərbi, siyasi və diplomatik baxımdan güclü bir ölkə olaraq girəcəyik.

Bunu 30 Avqust – Zəfər Bayramı münasibətilə bu gün Anıt Qəbirdə yazdığı xatirə dəftərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.

“Suriyadan Liviyaya, Qara dənizdən Şərqi Aralıq dənizinə, enerjidən terrorla mübarizəyə qədər fərqli sahələrdə əldə etdiyimiz kritik uğurlar ölkəmizin haqq və maraqlarını qorumaq məsələsindəki iradəmizin dəqiq göstəricisidir. Türkiyə Aralıq dənizinin şərqində təhdid və şantaja boyun əyməyəcək, beynəlxalq hüquq və ikili razılaşmalar çərçivəsində hüquqlarını müdafiə etməyə davam etdirəcək”, – Ərdoğan yazıb.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button