Narkotikin satışı və istifadəsinə görə saxlanılan vərəm xəstəsi vəfat etdi

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələtin satışına və istifadəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Ceyhun Məmmədov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 bükümdə heroin aşkar edilərək götürülmüşdür.

O dindirilmə zamanı narkotiklərin istifadəsi və satışı ilə məşğul olduğunu etiraf etmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və C.Məmmədov DİN-in Müvəqqəti Saxlama Yerinə yerləşdirilmişdir.

Lakin C.Məmmədovun uzun müddətdir vərəm və hepatit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildiyindən o, xəstəxanaya yerləşdirilmiş, həkimlərin səyinə baxmayaraq orada vəfat etmişdir.

Hamısını Göstər

Related Articles

Back to top button