Azərbaycanda Türkiyə bazası: MM-də müzakirə olacaq

Həmişə demişəm, bir daha təkrar edirəm: Qarabağın azadlığı üçün biz danışıqları Rusiya ilə aparmalıyıq. Əgər Rusiya indiki siyasətini davam etdirərsə, Azərbaycan neytrallıq siyasətindən imtina etməli, MDB-dən çıxmalı, müvafiq qanunları dəyişməklə ölkədə Türkiyənin hərbi bazalarını yerləşdirməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiyanın Ermənistana sihal tədarükünü şərh edərkəb deyib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad olunması üçün müharibə etməliyik:

“Ciddi qərarlar qəbul edib, qətiyyətli addımlar ata bilməsək, Ermənistanla bir 30 il də danışıqlar aparsaq, heç bir nəticəsi olmayacaq. Parlamentin payız sessiyası başlayan kimi mən Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi təşəbbüsü ilə çıxış edəcəm. Müstəqil dövlət olub, müstəqil siyasət yürütdüyümüzü deyib, hətta bunu edə bilməyəcəyiksə, onda torpaqlarımızın azad olunmasını gərək yuxuda da görməyək”.

Millət vəkili qeyd edib ki, Rusiya torpaqlarımızın işğal altında qalmasının əsas səbəbkarı ola-ola biz ona “vasitəçilik”, əslində isə işğalçılıq siyasətinə görə təşəkkür edib, strateji müttəfiqlikdən danışmamalıyıq:

“Biz özümüz özümüzə hörmət etməliyik ki, başqaları da etsin”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button