Qanunsuz küçə ticarəti ilə məşğul olan və məişət tullantılarını urnalardan kənar yerlərə atan şəxslər aşkar edilib
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan və məişət tullantılarını urnalardan kənar yerlərə atan şəxslər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan polise.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz küçə ticarəti iə məşğula olan 23 nəfər, məişət tullantılarını urnalardan kənara atan 10 nəfər müəyyən edilib. Həmçinin tədbirlər zamanı qanunla qadağan edilmiş yerlərdə tütün məmulatlarından istifadə edən 6 nəfər aşkarlanıb. Qeyd edilən qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada protokollar tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdiriləcək.