Yabanı halda bitmiş narkotik tərkibli bitkilər yandırılaraq məhv edilib

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan polise.az-a verilən məlumata görə, tədbir zamanı işğaldan azad edilmiş Böyük Tağlar kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan 2436 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Hamısını Göstər

Related Articles

Back to top button