Sürücü sərnişinə hədə-qorxu gələrək içərisində 300 manatı olan pulqabısını aldı

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə iyunun 12-də “Mercedes” markalı avtomobildə sərnişin olan Bakı şəhər sakini Ə.Bəbirova hədə-qorxu gələn sürücünün ondan içərisində 300 manatı olan pulqabısını alması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Ağsu rayon sakini C.Əhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button