ABŞ İrana qarşı sanksiyaları sərtləşdirə bilər

ABŞ hökuməti İranın nüvə sazişinin bərpası ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Tehrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

Bu barədə Ağ Ev administrasiyasının nümayəndələri ABŞ parlamentariləri ilə qapalı brifinqdə bəyan ediblər.

Bildirilir ki, tədbirdə ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli iştirak edib. 

İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qarşı çıxan demokrat Robert Menendez, əvvəllər də Tehranın nüvə silahı yaratmaq üçün kifayət qədər urana malik olduğunu bildirib və eyni zamanda sazişin artıq ən yaxşı variant olmadığı barədə Ağ Evi etiraf etməyə çağırıb.

Qeyd olunur ki, bu fikirlə Respublikaçılar Partiyasından olan demək olar ki, bütün qanunvericilər razılaşıblar.

“İranın tək istədiyi sanksiyaların qısa müddətdə aradan qaldırılmasıdır ki, o, təkcə nüvə proqramına deyil, hərbi imkanlarına daha çox sərmayə qoya bilsin”, – deyə respublikaçı senator Marko Rubio bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button