Çin alimlərindən şok iddia: Yerdənkənar sivilizasiyadan siqnallar alırlar

Çin alimləri “Sky Eye” teleskopunun uzaq bir yadplanetli sivilizasiyadan siqnallar aldığını iddia edib.

Çinin Elm və Texnologiya Nazirliyinin rəsmi jurnalı olan “Science and Technology Daily”də bu barədə hesabat dərc olunub.

Hesabatda bildirilib ki, Pekin Universitetinin astronomları yadplanetlilərin bir neçə mümkün izlərini aşkar ediblər.

Siqnallar dünyanın ən böyük radio teleskopu olan “Sky Eye” adlanan “FAST” radioteleskopu tərəfindən qəbul edilib.

Bildirilir ki, 2019-cu ildə FAST radioteleskopundan istifadə etməklə əldə edilən məlumatların təhlili zamanı 2020-ci ildə “yerdən kənar sivilizasiyadan gələ biləcək” iki qrup “şübhəli” siqnal aşkar edilib. 2022-ci ildə daha bir “şübhəli” siqnal aşkarlanıb.

Lakin alimlər deyirlər ki, onların tapıntıları ilkin araşdırmadadır və analiz tamamlanana qədər ehtiyatlı olmaq lazımdır.

“Bunlar bir neçə dar zolaqlı elektromaqnit siqnallarıdır və komanda hazırda əlavə tədqiqatlar üzərində işləyir. Şübhəli siqnalın bir növ radio müdaxilə olması ehtimalı yüksəkdir”, – Çin Yerdənkənar Sivilizasiyaların Tədqiqat Qrupunun rəhbəri Çjan Tonqjien bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button