Koronavirusun ömrü payızda daha uzun olur

Koronavirusun ilin müxtəlif fəsillərində ömrünü müqayisə edən alimlər onun yazda və payızda daha uzun yaşadığını öyrəniblər.

Bu barədə araşdırma “bioRxiv”də dərc olunub.

Məlum olub ki, yazda və payızda koronavirusun zərrəcikləri müxtəlif səthlərdə 17-30 saat yaşayır. Yayda isə bu göstərici cəmi 2-5 saatdır.

Bu baxımdan mütəxəssislər şəxsi gigiyena qaydalarına yüksək səviyyədə riayət etməyi və potensial yoluxmuş səthləri mütəmadi dezinfeksiya etməyi tövsiyə edirlər.

Bundan əvvəl Mount Auburn Hospitalının (ABŞ) mütəxəssisləri nisbətən yüksək temperaturda (10 dərəcədən yuxarı) virusun daha qısa müddətdə qaldığını, yüksək ultrabənövşəyi radiasiyaya məruz qaldıqda isə SARS-CoV-2 hissəciklərinin təsirsiz hala gəldiyini qeyd etmişdilər. Onların sözlərinə görə, digər amillər, məsələn, hava rütubəti praktik olaraq COVID-19-un yayılmasına təsir göstərmir. Bundan başqa virusun ən aşağı yayılma tezliyi 10 dərəcə Selsiyə qədər olan temperaturda müşahidə edilib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button