DİN nənə və nəvənin avtomobillə vurulması ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub. Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button