Putin buna nail oldu: NATO gücləndi, Baltik əldən çıxdı

Rusiya diktatoru Vladimir Putin Ukraynadakı müharibənin NATO-nu parçalayacağına ümid edirdi, lakin Alyansın Madriddə keçirilən sammiti göstərdi ki, onun oyunu baş tutmadı.

Bunu rusiyalı publisist və sosioloq İqor Eydman deyib.

“Putin elə bilirdi ki, tez Ukraynanı ələ keçirəcək, hamı böyük Rusiyadan qorxacaq, NATO qorxudan biabırçı şəkildə dağılacaq. Amma nəticədə Kreml lideri Alyansın əsaslı şəkildə güclənməsinə səbəb oldu”, – Eydman vurğulayıb.

Publisist Alyans sammitinin üç əsas nəticəsini qeyd edib: İsveç və Finlandiyanın NATO-ya daxil olması, NATO-nun Baltik dənizində tam hökmranlığı, Avropada Amerika qüvvələrinin və silahlarının artması.

“İsveçin çox ciddi və baxımlı ordusu var”, – deyə o vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button