Ukraynada yaşayış binasının vurulması nəticəsində 17 nəfər ölüb
Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.
Raketlərdən biri doqquzmərtəbəli yaşayış binasına düşüb. Nəticədə 17 mülki şəxs həlak olub, 31 nəfər xəsarət alıb.
Digər raketin isə istirahət mərkəzinə düşdüyü bildirilib. Nəticədə biri uşaq olmaqla üç nəfər həyatını itirib.
Dağıntılar altında qalan şəxslərin xilasetmə əməliyyatı aparılır.