Çavuşoğlundan Əliyevə TƏŞƏKKÜR: “Heç şübhə etmədik…”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə bu gün Yunanıstanın ölkəmizə təyin edilən yeni səfirini qəbul edərkən Türkiyə göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Twitter” hesabından paylaşım edən XİN rəhbəri Azərbaycanın dəstəyindən heç vaxt şübhə etmədiklərini bildirib:

“Çox təşəkkürlər, cənab Prezident! Can Azərbaycanın dəstəyindən heç şübhə etmədik. Türkiyə də hər zaman tərəddüdsüz Azərbaycanın yanında olacaq. Tək millət iki dövlət”

Bildirək ki, Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə təyin edilən yeni səfirini qəbul edərkən Şərqi Aralıq dənizindəki gərginliklə bağlı Bakının Türkiyəni müdafiə etməsini açıq şəkildə bildirib. Ölkə başçısı bildirib ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik.

Mənbə
publika.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button