Qusarda bəzi sürücülər barədə sərt tədbirlər görülüb
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir neçə avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib. Belə ki, araşdırmalar zamanı həmin avtomobillərdə çoxavazlı səs siqnalları, şüşələrində isə görməni məhdudlaşdıran plyonkalar müəyyən edilib. Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.