“Hakimiyyətdən uşaqlarıma görə yapışmışam” – Lukaşenkodan ETİRAF
Belarus lideri Aleksandr Lukaşenko hakimiyyətdə qalmağa çalışmağının səbəbini açıqlayıb.
Lukaşenko Rusiya jurnalistlərinə müsahibəsində bildirib ki, hakimiyyətdə ailəsinə və uşaqlara görə qalmağa çalışır.
“Mənim uşaqlarım və yanımda olanların uşaqları… Onları tikə-parça edəcəklər. Küçələrə axışanlardan özünüzdə görürsünüz ki…. Küçələrdəki adamcıqları demirəm, onlar elə günü sabah unudulacaqlar. Söhbət çoxlarınızın görmədiklərindən gedir, mən isə onları görürəm. Bax elə bu da məni ayaqda saxlayır”, – deyə Belarus prezidenti etiraf edib.