Aİ-nin xüsusi nümayəndəsi Nikol Paşinyanla Azərbaycanla kommunikasiyaların açılmasını müzakirə etdi
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb, Azərbaycanla kommunikasiyaların açılmasını müzakirə edib.
Görüşdə Aİ-nin mülki missiyasının Ermənistan- Azərbaycan sərhədyanı bölgəsindəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin iki ölkə arasında yaradılmış delimitasiya və demarkasiya komissiyalarının fəaliyyətinə də toxunublar.