Professor Tofiq Yaqublunun azad edilməsi üçün Prezidentə müraciət etdi
Bu gün tibb elmləri doktoru, professor Adil Qeybulla Tofiq Yaqublunu həbsxanada müayinə edib.
Adil Qeybulla müayinənin nəticələri ilə bağlı media nümayəndələrinə açıqlama verib. A. Qeybulla Tofiq Yaqubluya aclıq aksiyasını dayandırmasının vacibliyini çatdırıb. T. Yaqublu bu təklifdən imtina edib və həkimlər ona infuziya (venadaxili) ediblər.
A. Qeybulla Prezident İlham Əliyevdən Tofiq Yaqublunun həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı xahiş edib: “Bir ziyalı kimi, həkim kimi, ölkə başçısından Tofiq Yaqublunun həbs qəti imkan tədbirinin dəyişdirilməsi üçün məsələyə baxılmasını xahiş edirəm. Onun sağlamlığının, sonrakı müalicəsinin mülki şəraitdə aparılması məsələsi araşdırlsın və bu işdə bizə yardımçı olsun”.
Qeyd edək ki, T.Yaqublu artıq 10 gündür aclıq etdiyini açıqlayıb.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Hökmdən apelyasiya şikayəti verilib.