GÜRCÜSTAN PREZİDENTİ UKRAYNANIN XERSON QƏLƏBƏSİNİ ALQIŞLADI
Xəbər verdiyimiz kimi, Ukrayna ordusu rusların işğal etdiyi Xerson şəhərini azad edib…
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu ölkənin prezidenti bu qələbəyə çox şad olub. Sitat: “Ukraynanın Xerson vilayətini geri qaytarmasını alqışlayıram”. Gürcüstan rəhbəri Salome Zurabişvili öz “Twitter” hesabında belə yazıb. Onun sözlərinə görə, bu, Ukraynanın birlik və dözümlülüyünün nəticəsidir: “Bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün mühüm addımdır. Gürcü xalqı sizdən razıdır və sizinlə birlikdə sevinir”.
Rusiya KİV-ləri isə bunu fərqli prizmadan şərh edir, Rusiya ordusunun məğlubiyyətini açıq yazmaqdan çəkinir.