Azərbaycanda İnsan Hüquqlarının qorunmasında Ombudsmanın 20 illik keçdiyi ŞƏRƏFLİ YOL.

Ombudsman aparatı – 20 il.

İnsan hüquq və azadlıqlarının müdafiə olunmasında Ombudsman strukturunun həyata keçirdiyi əməli tədbirlər əvəzsiz və danılmazdır. Ombudsman beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan tərəfindən törədilən müharibə cinayətləri və beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı faktlara yönəltmək üçün işğaldan azad edilmiş ərazilərdə mina problemi ilə bağlı xüsusi hesabat hazırlamışdır. Həmin hesabatda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların səbəb olduğu insan tələfatı, habelə mina xəritələrinin verilməməsinə görə mina terrorunun davam etməsi, insan həyatına və sağlamlığına, ümumilikdə insan hüquqlarına və regionun inkişafına zərərli təsiri barədə məlumatlar təqdim edilmişdir. Ombudsman beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda tam sülhü bərqərar etmək, təhlükəsiz mühit yaratmaq,məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə tez bir zamanda qayıtmasını təmin etmək üçün bütün səyləri birləşdirməyə və dünyada mina qurbanlarının sayının artmasının qarşısını almağa yönəlik addımlar atmağa çağırmışdır. Ombudsman respublikamızda fəaliyyət göstərən beynəlxalq qurumların nümayəndələri, xarici ölkələrin səfirləri, həmçinin ölkəmizə səfər edən beynəlxalq qurumların rəhbər və nümayəndələri ilə görüşlərində də onlara Ermənistan tərəfindən törədilən insan hüquqları pozuntuları ilə bağlı geniş məlumat vermişdir. Ombudsman Azərbaycana səfər edən Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin nümayəndə heyyətinin üzvlərini – “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri mövzusu” üzrə məruzəçini və komitə katibliyinin rəhbərini qəbul etmiş, onlara İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonrakı dövrdə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət barədə geniş təqdimat edilmişdir. Təqdimatda müharibə dövründə həlak olan və yaralanan mülki şəxslər, o cümlədən müharibənin qurbanına çevrilmiş uşaqlar, tamamilə və ya qismən dağıdılmış tarixi, dini və mədəni abidələr barədə məlumatlar, habelə Ermənistan tərəfindən azərbaycanlı hərbi əsir və girovlara qarşı işgəncə və pis rəftar hallarına dair faktlara yer verilmişdir. Vətən müharibəsi dövründə mülki şəxslərin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən hədəfə alındığını, insan hüquq və azadlıqlarının kobud surətdə pozulduğunu, işğaldan azad edilmiş ərazilərdə hələ də mina probleminin mövcud olduğunu, nəticədə həm azərbaycanlı mülki şəxslərin, həm də o ərazilərdə xidmət edən hərbi qulluqçuların minaya düşərək həlak olduqlarını və ya sağlamlıqlarını itirdiklərini diqqətə çatdırmışdır. Qeyd olunan hesabat, bəyanat və müraciətlərdə Ermənistanın aktiv döyüş əməliyyatları zonasından uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəf seçməklə aralarında uşaq və qadınlar da olmaqla, çoxsaylı dinc sakinləri qətlə yetirməsi, dini, tarixi və mədəni abidələri, o cümlədən məscid və digər ibadət yerlərini, eləcə də qəbiristanlıqları əməliyyat-taktiki ballistik raket komplekslərindən və ağır artilleriya qurğularından istifadə etməklə atəşə tutması nəticəsində törətdiyi ağır cinayətlər obyektiv və real faktlarla təqdim edilmiş, bu məlumatlar yerli və beynəlxalq mətbuatda dərc olunmuşdur. Ombudsmanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalarla bağlı bəyanatında qeyd edilmişdir ki, minaların mövcudluğu təkcə azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə təhdid olmaqla bərabər, məcburi köçkünlərin həmin ərazilərə qayıdışına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir. Cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının təbliği məqsədilə Ombudsman tərəfindən insan hüquqları sahəsində hüquqi maarifləndirmə tədbirləri təşkil olunmuşdur. Ombudsman tərəfindən bir sıra strategiyalara, milli fəaliyyət plan və proqramlarına uyğun olaraq, paytaxt və regionlarda müxtəlif silsilə tədbirlər keçirilmişdir. Ombudsmanın elmi-analitik sahədə həyata keçirdiyi fəaliyyət çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə normativ hüquqi aktların təkmilləşməsinə yönəlmiş tədbirlər həyata keçirilmişdir. Ombudsmanın elmi analitik sahədə həyata keçirdiyi fəaliyyət insan hüquq və azadlıqları ilə bağlı mövcud strategiyaların, konsepsiyaların, milli fəaliyyət planı və proqramlarının hazırlanması,həyata keçirilməsi və monitorinqi, qanunvericilik aktlarının təkmilləşdirilməsi,normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair sorğuların Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi kimi istiqamətləri əhatə edir. Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı sorğular əsasında qəbul edilmiş həmin qərar və qərardadlar istər nəzəri, istərsə də təcrübi əhəmiyyət kəsb edərək, Konstitusiyada və digər normativ hüquqi aktlarda təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının düzgün anlaşılmasına, onların təcrübədə düzgün tətbiqinə və təmininə mühüm töhfələrini verməkdədir.Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq. Ombudsman ötən dövrdə vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, icmalar, habelə geniş ictimaiyyətlə sıx əməkdaşlıqda fəaliyyətini davam etdirmişdir. Bu fəaliyyət çərçivəsində qeyri-hökumət təşkilatlarının iştirakı ilə insan hüquqlarının ayrı-ayrı sahələrinə dair müzakirələr keçirilmiş, yerlərdə icmalarla görüşlər zamanı bir sıra məsələlər müzakirə olunmaqla qaldırılan məsələlər üzrə aidiyyəti təkliflər hazırlanmış, mətbuat açıqlamalarının, məqalə və müsahibələrin yerli və xarici mətbuatda yayımlanması təmin edilmişdir.İctimaiyyətlə əlaqələr və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq. Ombudsmanın təşəbbüsü və təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının, icmaların, ictimaiyyət nümayəndələrinin, müxtəlif sahələr üzrə ekspertlərin və kütləvi informasiy   vasitələrinin iştirakı ilə insan hüquqlarının prioritet istiqamətlərinə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir. Ombudsmanın sosial şəbəkə hesabları vasitəsilə sərhəd bölgəsində və işğaldan azad edilmiş ərazilər ətrafında törədilmiş təxribatlara, KİV-də barəsində məlumat yayılmış insan hüquq pozuntularına dərhal reaksiya verilmiş, faktlara əsaslanan bu məlumatların Azərbaycan, ingilis və rus dillərində yayımlanması təmin edilmişdir.

Ombudsmanın Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı dünya ictimaiyyətinə ünvanlanan video müraciətləri də Azərbaycan, ingilis və rus dillərində rəsmi səhifə və sosial şəbəkə hesablarında yerləşdirilmiş, mətbuatda yayımlanmışdır. Təsisat tərəfindən həmçinin “Azərbaycanlılara qarşı nifrət siyasəti”, “Müharibə və müharibədən sonrakı dövrdə Ombudsmanın fəaliyyəti” başlıqlı videoçarxlar hazırlanmış, bu barədə məlumatların rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında, habelə KİV-də yayımlanması təmin edilmişdir. Ombudsman Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda mina partlaması nəticəsində peşə fəaliyyətini həyata keçirən iki jurnalistin və bir dövlət qurumu nümayəndəsinin həlak olması, bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən faciəvi hadisəyə də reaksiya verərək, bununla bağlı bəyanatda beynəlxalq təşkilatlara növbəti dəfə çağırış etmişdir. İkinci Qarabağ müharibəsi dövründən başlayaraq Ombudsmanın beynəlxalq hüquq, o cümlədən insan hüquq pozuntularının araşdırılması ilə bağlı həyata keçirdiyi fəaliyyətin daha aydın formada yerli və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə rəsmi internet səhifəsində ayrıca bölmə yaradılmış və mütəmadi olaraq təkmilləşdirilmişdir.Biz həmişə inanırıq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili -Ombudsmanı bütün gücüylə Dövlət və dövlətçiliyimizin və öz problemlərilə onlara müraciət edən hər bir vətəndaşın yanındadır və onların hüquqlarının müdafiəsinə hər zaman hazırdır.

Rezonans İnformasiya Portalının Baş redaktoru Sahilə Abdullayeva.

P.S. Polise.az media xəbər portalı da Ombudsman,hörmətli Səbinə xanım Əliyevanı və kollektivi yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edir, şərəfli missiyanın icrasında uğurlar arzulayır.

Baş redaktor Şəmsəddin Əliyev.

Возможно, это изображение 2 человека, наручные часы и в помещении
Hamısını Göstər

Related Articles

Back to top button