“Polise.az” saytının rəhbəri Xankəndi yolunda etiraz aksiyasına qoşuldu
Dünən saat 1-də Ekologiya və Təbii Sərtəvətlər Nazirliyinin qarşısında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 50 nəfər QHT və media nümayəndələri Şuşada toplaşıblar.
Hava şəraitinin soyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edib. Etiraz aksiyalarına “Polise.az” saytının rəhbəri Şəmsəddin Əliyev də qoşulub. O bildirib ki, erməni qəsbkarları tərəfindən Azərbaycanın yeraltı sərvətlərinin daşınmasına etiraz olaraq ekologiyanı və ətraf mühiti qorumaq naminə vətəndaş mövqeyindən çıxış edir və ətraf mühiti qorumaq məqsədilə etirazını bildirməklə aksiya qoşulub.
“Bütün gecəni biz burda rus əsgərləri ilə üz-üzə qalmışıq. Çox təəsüf ki, general-leytenant Volkov onun bura gəlişi tələbimizə məhəl qoymur. Hətta Azərbaycan Dövlətinin münayəndələrinin monitoring keçirməsi ilə bağlı təklifini qəbul etməyinə baxmayaraq vədindən də yayınır” – deyə Şəmsəddin Əliyev bildirib.