Saakaşvilinin klinikadan görüntüləri yayıldı
Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti eks-prezident Mixail Saakaşvilinin klinikada çəkilmiş videogörüntülərini dərc edib.
Bəzi kadrlarda keçmiş prezident özünü həddindən artıq əsəbi aparır.
Qurumdan bildirilir ki, Saakaşvili simulyasiya ilə məşğul olur və ictimaiyyəti çaşdırır.
Kadrlarda keçmiş dövlət başçısının xeyli arıqladığı müşahidə olunur.
Qeyd edək ki, Saakaşvilinin səhhətində ciddi problemlərin olduğu vurğulanır. Onun orqanizmində ağır metallar, o cümlədən civə izləri aşkar edilib.
Siyasətçi çərşənbə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ona səhhətində yaranan problemlərə görə azadlığa buraxılması ilə bağlı Tbilisi şəhər məhkəməsinin iclasında videobağlantı vasitəsilə iştirak etmək imkanı vermədiyi üçün aclıq aksiyasına başlayıb. Lakin Avropa Parlamenti üzvlərinin çağırışına cavab olaraq bir neçə saat sonra aksiyasını dayandırıb.