İran BMT Komissiyasından çıxarıldı
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) qadınların hüquqlarını pozduğuna görə İranın BMT-nin Qadın Statusu Komissiyasından çıxarılmasını nəzərdə tutan ABŞ qətnaməsinin lehinə səs verib.
Səsvermə zamanı 28 ölkə qərarın lehinə, 8-i isə əleyhinə çıxıb. 16 dövlət bitərəf qalıb.
Qətnamədə deyilir ki, Şura “İran hökumətinin 2022-ci ilin sentyabrından bəri qadın və qızların təməl hüquqlarının, o cümlədən ifadə azadlığı hüququnun daima zəiflədilməsi və boğulmasına yönəlmiş hərəkətlərindən ciddi narahatlığını ifadə edir”.