Britaniya səfiri Kəlbəcərdə minaya düşənlərlə bağlı paylaşım etdi
“Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olma xəbəri məni kədərləndirdi”.
Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Ould tvitterdə yazıb.
“Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, – deyə o bildirib.