Ukrayna Saakaşvilini müalicə etməyə hazırdır

Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Gürcüstanda həbsdə olan Mixail Saakaşvilinin təhlükəsizliyini və lazımi müalicəni təmin etməyə hazırdır.

“Ukrayna Saakaşvilini qəbul etməyə, onun təhlükəsizliyini və düzgün müalicəsini təmin etməyə hazırdır”, – Podolyak “Twitter”də yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı gecə videomüraciətində Gürcüstan hakimiyyətini səhhətinə görə Saakaşvilini azad etməyə və onu Ukrayna, Avropa və ya ABŞ-a müalicə üçün göndərməyə çağırıb.

Hamısını Göstər

Related Articles

Back to top button