İranın Azərbaycandakı səfirinin erməni kilsəsində yepiskopla səmimi fotosu yayıldı
Sosial şəbəkələrdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin erməni kilsəsində erməni yepiskopla birlikdə tort kəsməsinə dair foto yayılıb.
Fotoda Musəvi erməni keşişlə birgə tort kəsir. Səfirin ermənilərlə səmimiliyi, onlara qardaşcasına münasibəti sosial şəbəkələrdə müzakirəyə çevrilib.
Məlum olduğu kimi, hazırda Seyid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrandadır. Ancaq foto Musəvinin hazırkı səfərinə aid deyil. Musəvi erməni kilsəsində bayram tədbirinə 3 il öncə qatılıb.