Qərbin Putinlə bağlı qərarı açıqlanıb

“Qərb ölkələri Rusiya Prezidenti Vladimir Putinin qeyd-şərtsiz təslim olması ilə bağlı mühüm qərar qəbul ediblər. Onlar artıq rus diktatorundan və onun şantajlarından qorxmurlar. Nəhayət ki, Qərb dövlətləri ilə Ukrayna arasında birlik yaranıb”.

“AzPolitika.info” xəbər verir ki, bunları rusiyalı politoloq Andrey Piontovski “Kanal 24”-ün efirində deyib.

Piontovski qeyd edib ki, Qərb ölkələri ilə Ukrayna arasında yaranan birlik, Putinin qeyd-şərtsiz təslim olmasına hesablanıb:“Rusiyanın “Milad atəşkəsi” heç bir fayda verməyəcək. Həmçinin Qərb ölkələri Ukraynaya verilən silahlarla bağlı məhdudlaşdırıcı qərarlar qəbul etməyəcəklər”.

“Əsas odur ki, Qərb Rusiya ərazisinə zərbə endirməyə imkan verən silahlarla bağlı, özünün qoyduğu məhdudiyyətləri aradan qaldırıb. Artıq heç bir maneə yoxdur. Bundan sonra Ukraynaya hücum üçün lazım olan bütün silahlar veriləcək. Bu, Ukrayna-ABŞ və digər beynəlxalq tərəfdaşlar arasındakı münasibətlərdə yeni bir mərhələdir”, – politoloq qeyd edib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button