Kanada İrana qarşı sanksiyalar siyahısını daha da genişləndirib.

Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha iki şəxs və üç təşkilat əlavə edib.

“Report” xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Məhdudiyyətlərin İranda davam edən insan hüquqları pozuntuları ilə əlaqədar tətbiq olunduğu vurğulanır. Siyahıya “Mətbuat Müşahidə Şurası” və “İranskaya qazeta” daxildir.

Bundan əvvəl Kanada İrandakı etirazlar fonunda İranda onlarla fiziki və hüquqi şəxsi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) üzvlərini iqtisadi sanksiyalar siyahısına daxil edib. Bundan əlavə, “Shahed” və “Mohajer-6” pilotsuz uçuş aparatlarını istehsal edən “Shahed Aviation Industries” və “Qods Aviation Industries” Kanada sanksiyalarına məruz qalıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button