Aİ və NATO müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynadakı vəziyyət fonunda müdafiə sahəsində əməkdaşlığı intensivləşdirmək və gücləndirmək niyyətindədir.

Bu barədə “Report” “AFP”yə istinadən xəbər verir.

Tərəflər birgə bəyanatda bildiriblər ki, hər iki tərəf tərəfdaşlığı daha ​​yüksək səviyyəyə çıxarmağa və ümumi məqsədlərə nail olmaq üçün istər siyasi, istər iqtisadi, istərsə də hərbi bütün mövcud ümumi alətləri səfərbər etməyə sadiqdir.

Agentliyin məlumatına görə, müvafiq sənədi NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel imzalayacaqlar.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button