Türkiyədə 100-dən çox keçmiş hərbçi saxlanıldı
Türkiyədə “FETÖ” terror təşkilatına qarşı keçirilmiş növbəti xüsusi əməliyyatlar çərçivəsində 102 keçmiş hərbçi saxlanılıb.
Adanada keçirilmiş əməliyyat zamanı 52 nəfər, İstanbulda isə 50 nəfər saxlanılıb.
Qeyd olunur ki, hərmin hərbçilər “FETÖ” ilə sıx əlaqədə olub və müxtəlif hərbi hissələrlə bağlı məlumatları təşkilatın digər mənsublarına ötürüb.
Xatırladaq ki, daha əvvəl keçirilmiş əməliyyatlar zamanı İstanbulda 103, Ankarada 188 hərbçi saxlanılmışdı.
Ümumilikdə “FETÖ” terror təşkilatı ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən 15 mindən çox hərbi qulluqçu azad edilib.