“Orqanizmi daha da pis vəziyyətə gətirməmiş…” – TƏBİB rəsmisi Tofiq Yaqublunun səhhətindən danışdı

“Tofiq Yaqublu artıq 16 gündür aclıq elan edib. Biz ayın 11-i onu 3 saylı İstintaq Təcridxanasının sanitar-tibbi hissəsində müayinə etdik”.

Bu sözləri Oxu.Az-a açıqlamasında tibbi ekspert Adil Qeybulla deyib. 

Onun sözlərinə görə, T.Yaqublu israrla aclıq aksiyasına davam edəcəyini deyir:

“Onun vəziyyəti ilə bağlı özünə məlumat verdik. Xahiş etdim ki, bəzi fəsadların qarşısını almaq üçün ona elektrolit köçürülməsini təmin edək. T.Yaqublu razılıq verdikdən sonra sanitar tibbi hissənin həkimlərinin köməyi ilə dərman təchizatı təmin edildi. T.Yaqublu tam razı şəkildə öz yerinə qayıtdı”.

A.Qeybulla bildirib ki, daha sonra  aidiyyəti qurumlara müraciət edərək T.Yaqublunu tibb müəssisələrindən birinə (“City Hospital”a) köçürdük:

“Burada onun üçün hər cür şərait yaradılıb. Lakin o aclığı davam etdirməkdə israrlıdır. Buna baxmayaraq, dəstək müalicəsi davam edir. Gündəlik yoxlamalar həyata keçirilir, qan təhlilləri yoxlanılır. Düşünürəm ki, bütün bunlar nəzərə alınaraq yaxın zamanda bu məsələ öz müsbət həllini tapacaq”.

A.Qeybulla onu da qeyd edib ki, T.Yaqublunun Apellyasiya məhkəməsinin sentyabrın 28-nə təyin edilməsindən xəbəri var.

***

“Lazım olan bütün zəruri tibbi tədbirlər görülür. Müvafiq olaraq qida qəbul eləməsə də, orqanizmə lazım olan məhlullar köçürülür”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev deyib. O bildirib ki, tibbi müdaxilənin hesabına T.Yaqublunun bugünkü vəziyyəti stabil olaraq saxlanılır:

“Onun vəziyyəti ilə bağlı şərait yaradılıb. Tibbi yardımı adekvatdır. Həyati təhlükəsi yoxdur. Ancaq aclığı dayandırması çox vacibdir. Bunu həm biz, həm də həkim heyəti ona tövsiyə edib. Orqanizmi daha da pis vəziyyətə gətirməmiş aclığı dayandırsa, daha yaxşı olar”.

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button