Laçında ekofəallar ŞƏHİDLƏRİMİZİ yad etdilər.
uşa şəhəri Dövlət Qoruğu İdarəsinin qarşısında 20 Yanvar şəhidləri yad edilib.
Polise.az xəbər verir ki, bu gün ölkənin hər yerində olduğu kimi, saat 12:00-da Şuşa şəhərində də 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bundan başqa, Laçın-Xankəndi yolunda ekofəalların dinc etiraz aksiyası keçirilən ərazidə də 20 yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib. Eyni zamanda, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsinə də sayğı duruşu göstərilib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.