Putinin növbəti prezident seçkilərində iştirakının mümkünlüyü barədə fikirlər var.
Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində iştirakının mümkünlüyü haqqında danışıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, Peskov Putinin bu mövzuda heç bir açıqlama vermədiyini söyləyib.
Kremlin mətbuat katibi Putinin işini adi qrafiklə davam etdirdiyini bildirib.
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək.