Laçın-Xankəndi yolundakı aksiyanın sədası ABŞ-dan gəldi

Hazırda Laçın-Xankəndi yolunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri, həmçinin ictimaiyyət nümayəndələri dinc aksiyanı davam etdirirlər. Azərbaycanlı ekofəalların və ictimaiyyət nümayəndələrinin mövqeyində israrlı olmaları, ölkəmizə məxsus  faydalı qazıntı yataqlarının  ermənilər tərəfindən istismar edilməsinə dözməmələrinə beynəlxalq aləmdə də haqq qazandıranlar var.  Məsələn, Rusiyanın nüfuzlu Politrus.com saytının teleqram kanalında və  Pakistanın nüfuzlu  Pakistanintheworld.pk, xəbər portalında bu  aksiya  ictimailəşdirilib.

Media nümayəndələri ilə yanaşı, tanınmış elm xadimlərinin də aksiyanı dəstəkləmələri ölkəmizin haqq işi uğruunda mübarizəsindən xəbər verir. Aldığım məlumata görərə, Azərbaycan-Pakistan əlaqələri” mövzusunda Lahor Dövlət Kollec Universitetində keçirilən beynəlxalq konfransın iştirakçıları, pakistanlı müəllim və tələbələr, ölkənin elmi ictimaiyyəti Qarabağda Xankəndi yolunda Azərbaycan vətəndaşlarının ekoloji terrorizmə qarşı keçirdikləri etiraz aksiyasına dəstək nümayiş etdirərək həmrəylik ifadə ediblər. Lakin bir sıra qərəzli  beynəlxalq təşkilatlar və anti-Azərbaycan qüvvələr ölkəmizin sürətli inkişafından xoflanaraq həmişə olduğu kimi, respublikamıza şər-böhtan  yağdırır, guya, bu aksiyanın Qarabağda yaşayan ermənilərin boykot edilməsi ilə əlaqələndirirlər. Belə qurumlardan birinin də Avropa Parlamentinin olması artıq hər  kəsə aydındır. Təbii ki, Avropa Parlametinin siyasi riyakarlığı uzun müddətdir ki, davam edir. Bu dəfə də ölkəmiz haqqında qeyri- obyektiv qətnamə qəbul etməs ermənilərin işğalçılıq siyasətini dəstəkləməsinin növbəti təzahürüdür. Bu təşkilat  bölgəni fəlakətə sürükləməyə xidmət edir . Avropa Parlamentinin qəbul etdiyi anti-Azərbaycan  xarakterli qətnamə Cənubi Qafqazda sülhün  deyil,  birmənalı şəkildə  Ermənistanın yürütdüyü işğalçılıq  siyasətini dəstəklənməsinin bariz nümunəsidir.

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə  obyektivlikdən tamamilə uzaq, qərəzli, yalanla dolu, böhtan xarakterli bir  kağız parçasıdır. Bununla da Avropa bir daha öz simasızlığını, ikiüzlü siyasətini açıq şəkildə biruzə verdi. Avropa Parlamenti  Ermənistanın  revanşist siyasətinə dəstək verməklə  bölgədə sülhün, sabitliyin təmin olunmasına deyil, onun dondurularaq, gərginliyin davam etməsində maraqlı olduğunu nümayiş etdirmiş oldu.

Artıq beynəlxalq ictimaiyyət də  Avropa Parlamentin ermənipərəstliyindən və ölkəmizə qarşı qeyri-obyektiv münasibətindən xəbərdardır. Bugünlərdə ABŞ-ın dövlət katibi  Entoni Blinken Azərbaycan  Prezidenti İlham Əliyevə zəng edərkən  Avropa parlamentinin riyakar siyasəti bir daha işfa olundu. İlk növbədə, qeyd edim ki, Laçın- Xankəndi yolundakı aksiyanın sədası artıq ABŞ-dan da eşidildi. Xəbər verildiyi kimi, telefon söhbəti zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.  Dövlət  katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını bildirib.  ABŞ rəsmisinin diqqətinə çatdırıb ki, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidi təmin olunub. Onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsusdur.. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.

Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.

Göründüyü kimi, həm Avropa Parlamentinin, həm də digər qərəzli beynəlxalq təşkilatların, o cümlədən Fransa kimi ermənipərəst dövlətin  aksiyaya qeyri- obyektiv yanaşmaları bir daha özünü göstərdi. Azərbaycan haqq işi uğrunda mübarizəsini davam etdirir və bu yoldan ölkəmizi hər hansı bir təhdid və təzyiq dayandıra bilməz.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button