Yaponiya Rusiyadan olan 22 fiziki şəxsin və 3 şirkətin aktivlərini dondurur

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məhdudiyyətlər Rusiyadan 22 fiziki şəxsin və 3 təşkilatın aktivlərinin dondurulmasını, vaksinlərin və tibbi cihazların, o cümlədən robotların, radioaktiv materialların, nüvə obyektləri, neft və təbii qaz kəşfiyyatı üçün avadanlıqların Rusiyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

Qadağa fevralın 3-dən qüvvəyə minəcək.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button