Rutskoy:Rusiya ordusunu qabiliyyətsiz adlandırdı
Rusiya Federasiyasının ilk və sonuncu vitse-prezidenti Müdafiə Nazirliyi rəhbərliyini tənqid edib və Ukraynaya qarşı müharibəni fəlakət adlandırıb.
İstefada olan general-mayor və Rusiyanın keçmiş vitse-prezidenti Aleksandr Rutskoy Rusiya ordusunun operativ-strateji hücum əməliyyatları aparmaq qabiliyyətinin omadığını bəyan edib («UNİAN»)
«Belə əməliyyatlar aparmaq üçün uyğun silahlı qüvvələrə malik olmaq lazımdır. Əgər silahlı qüvvələr operativ-strateji hücum əməliyyatları aparmaq imkanlarına malik deyilsə, yaxşısı budur burnunu soxmayasan, üstəlik də öz ölkəndən kənarda» – rusiyalı general bəyan edib.
Rutskoy həm də Rusiya Müdafiə Nazirliyi rəhbərliyini tənqid edib, o cümlədən Sergey Şoyqunu. O, qeyd edib ki, 22 ildir Rusiya silahlı qüvvələrinə heç vaxt orduda xidmət etməmiş və klassik hərbi təhsili olmayan adamlar rəhbərlik edirlər. “Əsrin dörddə biri müddətində silahlı qüvvələrə ümumiyyətlə, kompetent olmayan adamlar rəhbərlik edirlər. Silahlı qüvvələrlə nə baş verə bilər? Bizdə müdafiə naziri orduda xidmət etməyib, hərbi təhsili yoxdur və beş il onun ordudakı müavinləri ümumiyyətlə, xidmət etməyiblər. Bu, nə müdafiə nazirliyidir?» – o, bəyan edib.