Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən məlumata
görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Hüseynov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 2 qramdan artıq, yaşadığı evdən 520 qram
marixuana aşkar edilərək götürülüb.
Bundan əlavə, eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər
bir əməliyyat tədbiri zamanı A.Hüseynov da saxlanılıb. Həmin şəxsdən 3 qrama
yaxın, yaşadığı evdən isə 200 qramdan artıq marixuana aşkarlanıb.
Faktlarla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.