Ukrayna Təhlükəsizlik Xidməti Kolomoyskinin evində axtarışlara başlayıb
Ukrayna Təhlükəsizlik Xidməti oliqarx İqor Kolomoyskinin evində axtarış aparır.
Polise.az xəbər verir ki, bu barədə “RBC-Ukraina”ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Bildirilib ki, bu, “Ukrtatneft” və “Ukrnafta” şirkətlərində maliyyə fırıldaqları ilə bağlıdır.
Hazırda məlumdur ki, söhbət ümumi məbləği 40 milyard qriven olan neft məhsullarının israf edilməsindən gedir. Üstəlik, buraya gömrük ödənişlərindən yayınmalar da daxildir.