İsveçin Natoya üzvlüyünü Türkiyə rədd edəcək!

Türkiyə İsveçin Şimali Atlantika Alyansına üzvlüyü barədə müraciətini təsdiqləməyəcək.

Polise.az  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyası fraksiyasının parlamentdəki iclasında çıxışı zamanı İsveçin NATO-ya üzvlüyünün təsdiq olunmayacağını, Finlandiyanın üzvlüyü ilə bağlı isə müsbət qərar verilə biləcəyini deyib.

“İsveç vaxtını boşuna sərf etməməlidir. Müqəddəs kitabımız – Quranın yandırılmasına və cırılmasına imkan verildiyi müddətdə sizin NATO-ya daxil olmanıza “hə” deyə bilmərik. Eyni zamanda, Finlandiyanın üzvlüyünə münasibətimiz müsbətdir”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button