Gəncədə narkokuryer saxlanılıb- Foto

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam
Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni
onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən
narkokuryer saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər
sakini Ramil Əliyev sosisal şəbəkələr üzərindən İran vətəndaşından Gəncə
şəhəri ərazisində gizlədilən narkotik vasitəni 6000 manat qarşılığında Bakı
şəhərinə gətirməyə razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis
İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 9 kq 507 qram
narkotik maddə olan “heroin” və 30 ədəd “metadon” həbi aşkarlanarq götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, fakla
bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button