KÜFR İLƏ DAVAM EDƏN MOLLA REJİMİ, ZÜLM İLƏ DAVAM EDƏ BİLMƏZ !

Beynəlxalq aləmdə islam dininə qarşı vahimə və qorxu, islam peygəmbərinin
surətini satirik mövzuda şişirdib yayılması, səmavi kitabımız -Qurani Kərimin
səhifələrini küçələrə səpələyib yandırılması və Məscidlərə olan həqarətlər İranda
dövlət siyasətində din xadimlərinin- fars rejiminin idarəçiliyində ərsəyə gəlib.
Özünü islam dövləti adlandıran, islama zidd qaydalarla ölkəni idarə edən molla
rejimi Allahın yer üzünün əşrəfi kimi yaratdığı insanlara qarşı amansız
davranışlarını islamın məqsədi kimi dünyaya çatdırır. İslam pərdəsi altında
səfirliklərə hücum və basqınlar,beynəlxalq aləmdəki radikal addımlar,
“Kamikadze”lik(mənası İlahi külək”,ikinci dünya müharibəsi zamanı ABŞ
donanmasına qarşı istifadə olunan yapon intiharçı pilotlarına verilən ad) halları
islam dini barədə vəhşi obrazlı qeyri insani təsəvvülər yaradır. “İslam belədirsə,
bizə lazım deyil,”-düşünüb İslamı elə İranın timsalında hamının gördüyü kimi
qəbul edib, ant-İslam hərəkətlərə start verilir.Xristianlığı da Ermənistan urvatsız bir
günə qoyub . Məhz bu oxşar cəhətlər,İranla Ermənistanı bir araya gəlməyə imkan
verir.Bacılaşıb rəfiqəliyə başladılar…
İran tarix boyu Azərbaycanla qeyri səmimi olmuş,əməlləri ilə İslam dinini İslam
Peyğəmbərinin təlqin etdiyi qaydalarla yox,özünün anladığı kimi ətrafına
sırımağa başlayıb.Qərb və avropa İranı məhz səhv,fars ideologiyasına görə
İslamı zorakı,radikal din ,başqa dinlərə qarşı düşmən obrazında tanıyıb.Uzun
illər ərzində həyata keçirilən bu yanlış ideologiya İslamı dünyaya “kamikadze”lər
ərsəyə gətirən,sülhdən və əmin-amanlıqdan,xeyirxahlıqdan uzaq bir din
təsəvvürü formalaşıb.Dünyada müsəlman ölkələri çoxdur.Nə Səudiyyə
Ərəbistanı,nə Türkiyə,nə Azərbaycan ,nə Pakistan və diəğər ölkələr İslamı bu
dərəcədə gözdən salmayıb.İsveçdə səmavi kitabımız olan Qurani- Kərimin
yandırılaraq hamıya nümayiş etdirilməsi də,İranın əmmaməli rejiminin
günahındandır,-deyərdim.
Yeni ilin 3 yanvar tarixində ,sayıq vətənpərvər vətəndaşlarımızın səhih məlumatı
əsasında DİN –nin “Salam News” informasiya agentliyi və “İnter.az” telekanalında
axtarışları nəticəində 7 nəfərin casusluqda şübhəli bilinərək zərərsizləşdirilməsi də
təsadüfi deyildi.

Ölkəmizdə İranın İslam dininə sığındığı casus şəbəkəsinin eyni dinə və eyni
kitaba mənsub, guya qardaş sandığı Azərbaycana qarşı ilk xəyanətkar niyyəti
deyildi.Hələ, 2022-ci ilin noyabr ayında DTX İranın xüsusi xidmət orqanlarının
məkrli şəbəkəsini-mütəşəkkil bir dəstəni ifşa etmişdi. 50-dən çox şəxsin İrana
casusluqda şübhəli bilinərək saxlanılması əslində, İranın islama qənim kəsilən
terror şəbəkəsinin həyasızlıqla davam edən hərəkətlərinin canlı təzahürü idi..
İranın küfrlüyə qapılan casus şəbəkəsinin saxlanılması peşəkar kəşfiyyat
təcrübəsinə və səriştəsinə malik əməliyyatçıların gücü ilə de-şifrə olundu. İran
əmmaməlilərinin zərrə qədər şübhəsi olmasın ki,hər şeydən xəbəri olan ayıq və
sayıq kəşfiyyatçılarımızın, peşəkar əməliyyatçılarımızın diqqətindən heç nə
yayınmır və İranın casusluq eşqinə düşən şəbəkəsinin hər addımı,hətta evindəki
hərəkətləri də izlənilir.Məsuliyyətdən müvəqqəti kənarda duran mütəşəkkil
dəstənin digər üzvləri də əməliyyatçılarımızın qarşısında aciz və üzücü vəziyyətdə
duracaqlar.Buna heç kimin zərrə qədər şübhəsi olmasın.
Rəsmi Tehranın siyasəti və diplomatik lövhə üzərindəki gedişləri molla təfəkkürü
ilə davam etdiyindən hər tərəfə bağlıdır.Bu,şahmat oyununda bir tərəfin
Suqsvanq vəziyyətində olmasıdır.İranın istənilən gedişi ona məğlubiyyət gətirəcək
bir durum yaşadacaq.O yolunu casus şəkəsinin,radikal və terror qruplarının gücü
ilə asanlaşdırmaq istəyir.Ona görə meydanda tək qalıb,bir tərəfində Allah evində
küfrlük yapan Ermənistan,diğər tərəfində Peyğəmbərimizi aşağılayan Fransa.
Bu ölkələrin də vəfası yox,İran yolda yalqız qalacaq…Sağlıq olsun.
Fars rejimi Xoy vilayətində təbii fəlakətin qurbanlarına çevrilən , şaxtalı-soyuq
havada evsiz-eşiksiz qalan vətəndaşlarından-soydaşlarımızdan sanki qisas
alır.Dövlət özünün Ali məqsədinin icrasından ekstes edir.Bu da küfrlükdür,Quranın
lənətlədiyi küfrlük!
İran farslarının Azərbaycanla bu sayaq davranmasının səbəbləri
bəllidir.Görünməyən tərəfi də var.Ehtimal edilir ki,Tehranın ölkəmizin yeraltı
sərvətində gözü qalıb.30 il ərzində işğal olunan ərazilərimizin talanmasında türk
dünyasına düşmənçiliyini gizlətməyən ermənilərlə birgə taladı.Dadı damağında
qalıb.İran Ermənistanın Azərbaycana qarşı cinayətlərində iştirakçıdır.
Məs: İran Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində
çalışan,iradəsiz və rahat ələ alınan Əsgərov Zahir Fəxrəddin oğlunu şəbəkəsinə
cəlb edərək, neft platformaları, daşınan yüklər və görülən işlər,habelə İran üçün
əhəmiyyət kəsb edən məlumatıar alıb. Zahid Əsgərov Tehran mollalarına

ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayədəliklər barədə də informasiyalar
ötürürmüş .Vətənin çörəyi haram olsun!
Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan
cinayətlərin qarşısını almaq üçün cəzanın sərtləşdirilməsinə zərurət var.Casusluğa-
dövlət sirri sayılan məlumatları xarici dövlətə-xarici təşkilata və ya onların
nümayəndələrinə vermə,yaxud bu məqsədlə məlumatları oğurlayan,onu toplayan
və saxlayan şəxslərə müstəsna cəza tətbiq edilməlidir ki,digərlərinə də görk olsun!
Xalqına və dövlətinə xəyanət etmiş şəxslər heç vaxt islah olunmurlar,çörəyi
xəyanətdən çıxan şəxslərin dəyişməsi də mümkün deyil.Belələri nə etdiklərinin
fərqində olurlar,ona görə.
İran həmişə Azərbaycanı gözləmədiyi həssas nayihəsindən vurmağa çalışıb.
Ya Rəbbim! Bizi “qardaş”sandığımız dövlətdən qoru! Düşmənlərimizdən özümüz
qorunarıq.
İranın xüsusi xidmət orqanlarının siyasi xəritəsində Azərbaycan həmişə xüsusi
işarə ilə qeyd edilib. Bu məqsədlə İran media və sosial medianın imkanlarından
maksimum istifadə etməklə, hər iki sahədə özünün casus şəbəkəsini
formalaşdırmağa çalışıb.
Amma sən ,saydığını say… DİN-nin “SalamNews” informasiya agentliyi və
“İnter.az” telekanalında həyata keçirdiyi əməliyyat-kəşfiyyat tədbirləri Tehranın
istəyini ürəyində qoydu. Yaxın gələcəkdə bu tədbirlərin davamı olacaq,media
sektorunda kök salan casus şəbəkəsinin digər nümayəndələrinin də maskası
yırtılacaq!
Molla rejimi anlamır ki, vaxt Tehranın xeyrinə işləmir. XXl əsrin tələbləri və
modern islahatları ilə barışmağa məhkumsan,İran! Bunu görməmək
korluğa,eşitməmək isə karlığa dəlalət edir “Ağayi mən” !
Azərbaycanın İrandakı və Londondakı səfirliklərinə edilən hücumlarınn arxasında
dini radikallığın qaydasız bir oyunu dayanır.Bu, İranın dövlət siyasətinin davamı və
təcəssümüdür. Transmilli mütəşəkkil cinayətlərin hazırlanması ,təşkili və icrasında
bu”ağa”ların əl-barmaq izləri var.Təlimat Ali aparatda verilib və bu məzhəkənin
arxasında məhz İİR-nın molla rejimi dayanır.
İslam kəlmə olaraq Allaha təslim olma, salamat və sülh içində yaşama
mənalarına gəldiyinə görə, islamın məram və məqsədi sülh və əmin amanlıqdan

ibarətdir. Müsəlmanların vəzifəsi isə cəmiyyəti və fərdi islah edib,insanlar
arasında barışıq və sülh yaratmaqdır.
Ədalət hər zaman və hər yerdə dövlətçiliyi qoruyan başlıca prinsip kimi qəbul
edilib.İran dövləti küfr ilə davam etsə də, zülm ilə davamı qeyri-mümkündür!

Hüquqşünas-publisist Şəmsəddin Mənsuroğlu.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button