“Rusiyaya qarşı onuncu sanksiyalar paketi 11 milyard avroluq məhdudiyyətləri nəzərdə tutur”
Rusiyaya qarşı onuncu sanksiyalar paketi 11 milyard avroluq ticarət məhdudiyyətlərini nəzərdə tutur.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Daha əvvəl Rusiyanın dörd bankının sanksiyalara məruz qala biləcəyi barədə məlumat yayılmışdı. Bundan əlavə, paketə Rusiya KİV-lərinin yayım lisenziyalarının dayandırılması da daxil edilə bilər.